Azərbaycanın sığorta bazarı 12% böyüyüb
sizinxeber.az xəbər saytı

Azərbaycanın sığorta bazarı 12% böyüyüb


Azərbaycanın sığorta bazarında 2025-ci ilin yanvar-may aylarında ümumilikdə 719,4 milyon manatlıq sığorta haqqı toplanıb.

Sizinxeber.az-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, əvvəlki ilin eyni dövrünə nəzərən 11,7% çoxdur.
Bunun 417,7 milyon manatı həyat sığortası, 301,7 milyon manatı isə qeyri-həyat sığortasının payına düşür. Könüllü həyat sığortası üzrə yığımlar 370,6 mln. manat, icbari həyat sığortası üzrə isə 47,1 mln. manat təşkil edib. Könüllü qeyri-həyat sığortası üzrə toplanan sığorta haqları 177,6 mln. manat, icbari qeyri-həyat sığortası üzrə 124,1 mln. manat təşkil edib. Bu dövrdə sığorta ödənişlərində 14,8%-lik artım müşahidə edilib. Sığorta ödənişləri 314,8 milyon manata çatıb.

Sığorta ödənişlərinin 205,3 mln. manatı (20,5% artım) həyat sığortasının, 109,5 mln. manatı (5,4% artım) qeyri-həyat sığortasının payına düşüb. İcbari və könüllü sığortalar üzrə bu rəqəm müvafiq olaraq 2,2 mln. və 54,3 mln. manat təşkil edib.

Oxşar xəbərlər

AMB: Sığorta haqlarının artımı məhdud sayda şirkətlərin hesabına baş verib
Azərbaycanda təkrarsığorta haqları 10 % azalıb
Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata yaxınlaşıb
Ötən il həyatın yaşam sığortasına yatırımlar 100 mln. manata yaxın artıb
Həyatın yaşam sığortasına yatırımlar 545 mln. manatı ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər