

Həyatın yaşam sığortasına yatırımlar 545 mln. manatı ötüb
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 545 milyon 607 min manata bərabər olub.
“Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8% və ya 40 milyon 615 min manat çoxdur. 2023-cü ilin yanvar-noyabr aylarında həyat sığorta şirkətləri 504 milyon 992 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 92.9% təşkil edib.
Cari ilin 11 ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 51.6% artaraq 443 milyon 470 min manata çatıb. Ötən ilin ilk 11 ayında bu sığorta növü üzrə ödənişlər 292 milyon 552 min manat təşkil edib.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.
Oxşar xəbərlər
Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata yaxınlaşıb
Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb
Dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırıla bilər
Dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırıla bilər - Eksklüziv
Azərbaycanın sığorta bazarı 10%-ə yaxın böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
