IMF Yaxın Şərqdə münaqişənin kəskinləşməsinə görə qlobal tənəzzül riski ilə bağlı xəbərdarlıq edib
Beynəlxalq Valyuta Fondu (IMF) Yaxın Şərqdə müharibənin daha da kəskinləşməsi və neft bazarında davam edən pozuntular səbəbindən dünya iqtisadiyyatının tənəzzül həddinə çatacağını gözləyir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.
IMF qeyd edir ki, ən pis ssenaridə enerji bazarında təkrarlanan şoklar qlobal iqtisadi artımı cari 3,1 %-dən 2 %-ə qədər yavaşlada bilər. Bu halda neftin bir barelinin orta qiymətinin 2026-cı ildə 110 ABŞ dolları, 2027-ci ildə isə 125 ABŞ dolları təşkil edəcəyi ehtimal olunur.
Ən əlverişli ssenaridə münaqişənin qısamüddətli olacağı, 2026-cı ilin II yarısında neft qiymətlərinin normallaşacağı və ilin yekunları üzrə bir barel neftin orta qiymətinin təxminən 82 ABŞ dolları olacağı gözlənilir.
Aralıq ssenari münaqişənin daha uzunmüddətli olacağını nəzərdə tutur. Bu halda neftin bir barelinin qiyməti təxminən 100 ABŞ dolları səviyyəsində qalacaq və 2027-ci ildə 75 ABŞ dollarına qədər azalacaq, qlobal iqtisadi artım isə 2025-ci ildəki 3,4 %-dən bu il 2,5 %-ə qədər yavaşlayacaq.
Telekanal IMF-nin baş iqtisadçısı Pyer-Olivye Qurinşə istinadən bildirir ki, enerji təchizatında fasilələrin davam etməsi və münaqişənin başa çatması üçün aydın yolun olmaması şəraitində aralıq və ya əlverişsiz ssenarinin baş verməsi ehtimalı daha yüksəkdir.
Oxşar xəbərlər
AMB neft-qaz qiymətləri ilə bağlı proqnozunu bir qədər də azaldıb
AMB təbii qazın qiyməti ilə bağlı proqnozunu azaldıb
ADB: Neftin bir barelinin qiyməti ən pis ssenaridə 155 dollara qədər yüksələ bilər
ADB: Neftin bir barelinin qiyməti ən pis ssenaridə 155 dollara qədər arta bilər
IMF 2025-ci ildən neft və qazın ucuzlaşacağını proqnozlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
