AMB neft-qaz qiymətləri ilə bağlı proqnozunu bir qədər də azaldıb
sizinxeber.az xəbər saytı

AMB neft-qaz qiymətləri ilə bağlı proqnozunu bir qədər də azaldıb


Azərbaycan Mərkəzi Bankı (AMB) bu il və gələn il dünya bazarında neftin 1 barelinin orta qiymətinin müvafiq olaraq 68,6 ABŞ dolları və 64,6 ABŞ dolları olacağını gözləyir.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Bundan başqa, baş bankir deyib ki, bu il və gələn il təbii qazın 1 000 kubmetrinin orta qiymətinin müvafiq olaraq 299 ABŞ dolları və 290 ABŞ dolları olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, AMB-nin bu ilin aprel ayında açıqladığı proqnozlara görə, 2025-ci ildə neftin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından çox, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 304 ABŞ dolları olmalı idi.

T.Kazımov əlavə edib ki, AMB bu il cari əməliyyatlar balansının profisitinin 3,6-4 milyard ABŞ dolları, gələn il isə 3,5 milyard ABŞ dolları olacağını proqnozlaşdırır.

Oxşar xəbərlər

AMB təbii qazın qiyməti ilə bağlı proqnozunu azaldıb
Azərbaycan Mərkəzi Bankı neft-qaz qiymətlərinə dair proqnozlarını açıqlayıb
AMB builki iqtisadi artım və neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
AMB neft və qazın orta qiymət proqnozunu açıqlayıb
AMB sədri neft və qazın qiymətləri üzrə proqnozu açıqlayb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər