AMB təbii qazın qiyməti ilə bağlı proqnozunu azaldıb
sizinxeber.az xəbər saytı

AMB təbii qazın qiyməti ilə bağlı proqnozunu azaldıb


Azərbaycan Mərkəzi Bankı (AMB) bu il və gələn il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 70 ABŞ dollarından çox olacağını gözləyir.

“Sizinxeber.az” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"İyunda bununla bağlı daha dəqiq proqnoz verəcəyik", - deyə o qeyd edib.

Bundan başqa, baş bankir deyib ki, bu il təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 304 ABŞ dolları olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, AMB-nin bu ilin yanvar ayında açıqladığı proqnozlara görə, 2025-ci ildə neftin 1 barelinin orta qiyməti 77,3 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 349 ABŞ dolları olmalı idi.

Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankı neft-qaz qiymətlərinə dair proqnozlarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB builki iqtisadi artım və neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB neft və qazın orta qiymət proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan neftinin son 30 ildə orta qiyməti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
IMF 2025-ci ildən neft və qazın ucuzlaşacağını proqnozlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər