Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib
Bakı ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib.
Bundan başqa Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi və Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Vurğulanıb ki, hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
Oxşar xəbərlər
Yağışlı Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
Təmirlə əlaqədar Azadlıq prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
NİİM: Yanğına görə Zığ şosesi-Aeroport yolu istiqamətində məhdudiyyət tətbiq edilib - FOTO
NİİM: Yanğına görə Zığ şosesi-Aeroport yolu istiqamətində məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













