Qazaxıstan şirkəti Atıraudan Bakıya aviareys açır
sizinxeber.az xəbər saytı

Qazaxıstan şirkəti Atıraudan Bakıya aviareys açır


Qazaxıstanın “Air Astana” şirkəti Mayın 31-dən Atıraudan Bakıya birbaşa müntəzəm uçuşlara başlayır.

Bu barədə “Sizinxeber.az-Economics” “Air Astana”ya istinadən xəbər verir.

Məlumata görə, uçuşlar həftədə üç dəfə "Airbus A320/A321" təyyarələri ilə həyata keçiriləcək. Atıraudan Bakıya uçuş müddəti 1 saat 25 dəqiqə, əks istiqamətdə isə 1 saat 35 dəqiqə olacaq.

Qeyd olunub ki, KC277 reysi Atıraudan bazar ertəsi və şənbə günləri saat 18:30-da, çərşənbə günləri isə saat 21:35-də həyata keçiriləcək.

KC278 Bakı-Atırau reysi üzrə uçuşlar isə bazar ertəsi və şənbə günləri saat 19:55-də, çərşənbə günləri saat 23:00-da yerinə yetiriləcək.

Oxşar xəbərlər

Mayda Atıraudan Bakıya birbaşa reys açılacaq
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni qrafiki açıqlanıb - CƏDVƏL
Əbu-Dabidən Qəbələyə aviareys açılır
Sabahdan Abşeron dairəvi marşrutu üzrə qatarlar yeni qrafiklə hərəkət edəcək - CƏDVƏL
ADY aprelin 1-dən şəhərətrafı istiqamətlər üzrə reyslərin sayını artırır: Xəttə yeni qatar buraxılacaq - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər