Əbu-Dabidən Qəbələyə aviareys açılır
sizinxeber.az xəbər saytı

Əbu-Dabidən Qəbələyə aviareys açılır


BƏƏ-nin milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşlara başlayacaq. Aviaşirkət 2025-ci il iyunun 19-dan etibarən Qəbələ ilə Əbu-Dabi arasında uçuşları həyata keçirəcək.

Sizinxeber.az-Economics” xəbər verir, reyslər həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 45,99 ABŞ dollarından başlayır. Aviailetlərin satışı artıq wizzair.com və aviaşirkətin mobil tətbiqində açıqdır.

Yeni marşrutun açılması münasibətilə “Wizz Air Abu Dhabi” xüsusi aksiya elan edir: WIZZ Discount Club proqramının üzvlərinə və satışın ilk üç günü bütün sərnişinlərə 20% endirim tətbiq olunur.

Oxşar xəbərlər

AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır, Batumiyə reyslərin müddətini uzadır
AZAL, “Wizz Air” və “British Airways” Təl-Əvivə uçuşları dayandırıb
AZAL-dan "Cyber Monday" kampaniyası ilə endirimlərə davam
AZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçirib
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər