Aviasiya təhlükəsizliyi personalının hazırlığı qaydası müəyyənləşib
sizinxeber.az xəbər saytı

Aviasiya təhlükəsizliyi personalının hazırlığı qaydası müəyyənləşib


Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qaydada aviasiya təhlükəsizliyinin təmini sahəsində personal dedikdə hava limanının istismarçısının, hava gəmisinin istismarçısının, yerüstü xidmət təminatçısının, bort ehtiyatları (qida) ilə təchiz edən təşkilatın, hava gəmisində təmizlik işləri ilə məşğul olan təşkilatın, hava gəmisinə texniki xidmət göstərən təşkilatın, hava hərəkətini idarəetmə xidmətinin, hava limanında (aeroportda) fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşları nəzərdə tutulur. Aviasiya təhlükəsizliyinin təmin edilməsində bilavasitə iştirak edən idarə, müəssisə və təşkilatların, habelə aviasiya təhlükəsizliyinin təmin edilməsində bilavasitə iştirak etməyən, lakin hava limanları (aeroportlar) və aerodromların təhlükəsizlik zonalarına buraxılışı olan digər idarə, müəssisə və təşkilatların personalının aviasiya təhlükəsizliyi üzrə hazırlığa cəlb edilməsi məcburidir. Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.

Oxşar xəbərlər

Mülki təyyarələrin uçuşa yararlılığı üzrə sertifikatlaşdırılma qaydası təsdiqlənib
Azərbaycanda “Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası” təsdiqlənib
Digər dövlətdəki aviasiya personalının hazırlığı mərkəzlərinin tanınması qaydası müəyyənləşib
COP29 zamanı mülki aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub - FOTO
Aeroportda yanğın təhlükəsizliyi üzrə təlim keçirilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər