Xidmət rəsmisi: "Son illər Azərbaycanın su ehtiyatları 20 %-ə qədər azalıb"
sizinxeber.az xəbər saytı

Xidmət rəsmisi: "Son illər Azərbaycanın su ehtiyatları 20 %-ə qədər azalıb"


Son illər Azərbaycanın su ehtiyatları 20 %-ə qədər azalıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr şöbəsinin müdiri Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, xüsusilə transsərhəd çaylarının sularının 40-45 %-i ölkəyə daxil olmur.

"Biz yerli sulardan səmərəli istifadə edərək su itkilərinin qarşısını ala bilərik. Bu problem sovet dövründə də var idi. Kür-araz ovalığında sudan həddən artıq istifadə nəticəsində böyük ərazilərdə şoranlaşmalar aşkarlanırdı", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycanda sulardan istifadə ilə bağlı konkret hədəflər müəyyənləşdirilib
Azərbaycanda sudan istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanıb
Azərbaycanda su məsələləri ilə bağlı 31 prezident fərmanı və 24 hökumət qərarı dəyişdiriləcək
Son 23 ildə Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 24 % azalıb
Rafiq Verdiyev: “Azərbaycanda su diplomatiyası yaradılmalıdır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər