ADSEA: Su strategiyası ilə bağlı üç mərhələli iş aparılır
sizinxeber.az xəbər saytı

ADSEA: Su strategiyası ilə bağlı üç mərhələli iş aparılır


Azərbaycanın su mənbələrinin 70%-i başqa ölkələrdən gələn sular hesabına formalaşır.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu "Su aydınlıqdır" adlı tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı deyib.

O qeyd edib ki, Azərbaycan su ilə bağlı risk qrupuna daxil ölkələr siyahısındadır:

"Bunun üçün də ölkə Prezidenti tərəfindən müntəzəm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 2024-cü ildə su strategiyası ilə bağlı verilmiş fərmandır. Bu istiqamətdə Agentlik olaraq planlı formada üç mərhələli işlərimiz aparılır. İlk növbədə fəaliyyətin təkmilləşdirilməsi, problemlərin aradan qaldırılması üçün təkliflər hazırlanması və yekunda ölkə əhalisini təmiz, keyfiyyətli su ilə təmin etmək bizim üçün əsas vəzifələrdəndir".

Oxşar xəbərlər

ADSEA: Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsinin yaradılması ilə bağlı işlər aparılır
ADSEA: Yağış sularının toplanılması ilə bağlı prosesin ilkin mərhələsinə başlanılıb
ADSEA: Xüsusi texnika və nəqliyyat vasitələri tam gücü ilə "Formula 1"ə hazırdır - VİDEO
Təkmilləşdirilmiş “e-su” portalının təqdimatı olub
Agentlik: Azərbaycan su təchizatını təmin etmək üçün çətinliklərlə üzləşir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər