Ötən il TBNM ilə 3,3 milyon ton yük daşınıb
Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 3,3 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 21 % çoxdur.
Bu barədə "Qazaxıstan Dəmir Yolları” SC yanında "İnteqrasiya edilmiş Planlaşdırma Direktorluğu"nun direktor müavini Alibi Tulegenov “Report”a müsahibəsində bildirib.
"Bu artım əsasən Qazaxıstanın ixracının genişlənməsi hesabına mümkün olub - ixrac həcmi də 21 % artıb", - o vurğulayıb.
A.Tulegenov qeyd edib ki, hazırda Transxəzər marşrutunun dəmir yolu seqmentinin ötürücülük qabiliyyəti ildə 6 milyon ton təşkil edir: “Lakin planlarımızda bu göstəricini dəhlizin bütün infrastrukturu - dəmir yolu və limanlar - hesabına ildə 10 milyon tona çatdırmaq var”.
Onun sözlərinə görə, 2024-cü ildə Çinin Sian şəhərində Qazaxıstan-Çin yük terminalının istifadəyə verilməsi ilə Orta Dəhliz üzrə Çindən konteyner tranziti xeyli artıb. İlin yekunlarına görə 358 konteyner qatarı göndərilib ki, bu da əvvəlki dövrlə müqayisədə 33 dəfə çoxdur
A.Tulegenov vurğulayıb ki, 2025-ci ildə Çindən Orta Dəhliz vasitəsilə təxminən 600 konteyner qatarının göndərilməsi planlaşdırılır: "Bu isə marşrutun potensialından xəbər verir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
.
Oxşar xəbərlər
"Qazaxıstan Dəmir Yolları": 2025-ci ildə Çindən TBNM ilə 600 konteyner qatarının göndərilməsi planlaşdırılır
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb
KTZ: Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
