Rəhman Hümmətov: "Bakı metrosu üçün bu il yeni nəsil vaqonlar gətiriləcək"
sizinxeber.az xəbər saytı

Rəhman Hümmətov: "Bakı metrosu üçün bu il yeni nəsil vaqonlar gətiriləcək"


Bu il Bakı metrosuna 20 yeni nəsil vaqonun gətirilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar ilə bağlı keçirilən brifinqdə bildirib.

Nazir müavini qeyd edib ki, son illərdə Bakıda 7 metro stansiya və 1 depo inşa edilərək istifadəyə verilib:

“Bakıya 150 yeni nəsil vaqon gətirilərək istismara verilib. Nəticədə metroda istifadə olunan vaqonların yarısı artıq yeni nəsil vaqonlardır. Dəmiryolu sahəsində də mühüm işlər görülüb. İnşa edilən və modernizasiya olunan dəmiryolu xətlərinin ümumi uzunluğu 1500 kilometri keçib”.

Oxşar xəbərlər

Bu il Bakı metrosuna yeni nəsil 20 vaqon gətirilməsi planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: "Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Bakı metrosuna gətirilməli olan son 3 qatar Moskvadan yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: "160 yeni elektrik mühərrikli avtobus noyabrda istifadəyə veriləcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosuna 2 yeni qatar gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər