“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda tikilmiş 5-ci yedək gəmisi istismara verilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa olunan növbəti gəmi istismara verilib.
"Report" ASCO-ya istinadən xəbər verir ki, “Azıx” adlandırılan yedək gəmisi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib.
Gəminin uzunluğu 24,72, eni 6,60, bortunun hündürlüyü 3, suya oturumu 1,6 metr, dedveyti 14 tondur.
7 nəfərlik heyətlə idarə olunan gəminin sürəti 9 uzel təşkil edir. Yedək gəmisi göyərtəsinə 3 tonadək yük qəbul etmək imkanına malikdir.
“Azıx” Zavodda inşa edilən sayca beşinci gəmidir. Bundan öncə “ASCO 1” “Tərtərçay”, "Həkəriçay" və “Bərgüşadçay” adlı eyni tipli gəmilər tikilərək təhvil verilib. Hazırda bu seriyadan olan daha bir ədəd gəminin inşası davam edir. Həmin gəmilərin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.
Beynəlxalq standartların tələblərinə cavab verən sözügedən gəmilərin layihələndirilməsini “ASCO Mühəndislik” MMC-nin əməkdaşları yerinə yetiriblər.
Xatırladaq ki, ZGTTZ-də geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri ilə yanaşı, müvafiq sertifikatlaşma əsasında 2017-ci ildən gəmilərin tikintisi də həyata keçirilir.
Oxşar xəbərlər
ASCO: “Murovdağ” yük gəmisinin ilk səfəri Kolumbiyaya olacaq
ASCO-da 5 ildə 6 yeni gəmi istismara qəbul edilib
ASCO: Bakı Gəmiqayırma Zavoduna 11 gəminin tikintisi sifariş verilib - EKSKLÜZİV
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
ASCO “Qarabağ” gəmisini rebredinq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












