ASCO-da 5 ildə 6 yeni gəmi istismara qəbul edilib
2018-2023-cü illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) iki Ro-Pax və 4 tanker olmaqla ümumilikdə 6 yeni tikili gəmi istismara qəbul edilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ASCO-nun 5 illik fəaliyyətinə dair hesabatında bildirilir.
Sənədə əsasən, son əldə edilən və əldə edilməsi planlaşdırılan gəmilər ümumi donanmanın dedveytini demək olar ki, 2 dəfə artırıb. İkinci əl gəmilər ilə yanaşı, ASCO yeni tikinti layihələrinə də sərmayə qoyub.
2022-2024-cü illərdə bir Ro-Pax, üç 8000-dedveyt kimyəvi tanker, üç sürətli sərnişin gəmisi, dörd dalğıc gəmisi və iki 9800-dedveyt quru yük gəmisi daxil olmaqla 13 yeni tikili üçün sifariş verilib. Bütün bu layihələr enerji səmərəliliyi, ətraf mühitə minimal təsir nəzərə alınmaqla dizayn edilib, 2-3 il ərzində təhvil verilməsi gözlənilir.
Oxşar xəbərlər
ASCO: Bakı Gəmiqayırma Zavoduna 11 gəminin tikintisi sifariş verilib - EKSKLÜZİV
ASCO: “Murovdağ” yük gəmisinin ilk səfəri Kolumbiyaya olacaq
ASCO “Qarabağ” gəmisini rebredinq edib
ASCO “Qarabağ” gəmisini rebrendinq edib
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













