Rövşən Rüstəmov: "Azərbaycanda karbon qazı emissiyasının 0,5 %-dən az hissəsi dəmir yollarının payına düşür"
Azərbaycanın dəmir yollarında elektrikləşməni 100 %-ə çatdırmaq hədəflənir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu göstərici hazırda 63 %-dir: "Ötən il daşınmış 7,2 milyon sərnişinin 100 %-nin, 18,2 milyon ton yükün 80 %-nin daşınması elektrik enerjisi hesabına aparılıb. Məqsədimiz bu hədəfi daha da artırmaqdır".
R. Rüstəmov bildirib ki, dəmir yolu nəqliyyatı digər nəqliyyatı vasitələri ilə müqayisədə xeyli az karbon emissiya edir və ekoloji təmiz nəqliyyat vasitəsi hesab edilir: "Rəqəmlərə nəzər yetirsək görərik ki, sərnişin qatarı hər kilometrə 14 qram karbon buraxdığı halda, digər nəqliyyat növləri bundan 10-20 dəfə çox karbon qazı emissiya edir. Bundan əlavə, dəmir yolu infrastrukturunun inkişafı nəqliyyat sıxlığını azaltmağa kömək edir ki, bu da öz növbəsində karbon qazı tullantılarının azaldılmasına gətirib çıxarır. Ümumilikdə, qlobal karbon qazı emissiyasının sadəcə 1 %-i dəmir yollarının payına düşür. Azərbaycana gəldikdə, dəmir yolu nəqliyyatının payına ümumi enerji istehlakının 0,12 %-i və istilik effekti yaradan qazların emissiyasının 0,5 %-dən az hissəsi düşür. Ümumiyyətlə qlobal emissiyada payı 0,1 % ətrafında olan Azərbaycanda ADY-nin məsul olduğu həcm illik 200 min tondan azdır".
ADY rəhbəri qeyd edib ki, dəmir yolları bir nəqliyyat növü olaraq bu böyük mənzərənin bir hissəsidir: "Ümumiyyətlə, qlobal iqlim böhranı və artan ekoloji tələblər kontekstində xüsusilə vacib olan dayanıqlı nəqliyyat sisteminin yaradılmasında dəmir yolları əsas rollardan birini oynayır. Qlobal karbon qazı emissiyasının 24 %-inə səbəb olan nəqliyyat sisteminin dekarbonizasiyası bərpa edilən enerji mənbələrindən və alternativ yanacaq növlərindən istifadə ilə yanaşı, əhəmiyyətli dərəcədə dəmir yolu nəqliyyatına keçidi tələb edir.
Belə ki, 2023-cü ildən etibarən ADY enerji istehlakını 5 %, təbii qaz istehlakını 16 %, su sərfiyyatını 23 %, karbon emissiyasını isə 9 % azaltmağa müvəffəq olub".
R. Rüstəmov əlavə edib ki, ADY-nin dekorbanizasiya ilə bağlı təşəbbüsləri uzunmüddətli dövrü əhatə edir və bu sahədə qurum Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir.
Oxşar xəbərlər
ADY karbon emissiyalarını azaltmaq üçün gördüyü tədbirləri açıqlayıb
ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib - FOTO
Rövşən Rüstəmov: "Stadler"in Bakıda inşa etdiyi Regional Servis Mərkəzi 2026-ci ildə istifadəyə veriləcək"
Azərbaycanda nəqliyyatda karbon emissiyaların cəmi 1%-i dəmir yolunun payına düşür
ADY karbon emissiyalarının azaldılması istiqamətində işləri davam etdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












