"Türyançay"ın Sol Sahil kanalı yenidən qurulur - FOTO
“Türyançay Sol Sahil kanalının yenidən qurulması" layihəsinin I mərhələsi həyata keçirilir.
Bu barədə "Sizinxeber.az-Economics"ə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, kanalın bərpasına 2023-cü il tarixində başlanılıb və bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub.
Ümumi uzunluğu 11,5 km olan suvarma kanalı üzərində sudüşürən, suburaxan, borulu keçid, səviyyəqaldıran, akveduk olmaqla ümumilikdə 48 hidrotexniki qurğu var.
Mənbəyini Türyançay çayından götürən suvarma kanalının yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarının 11335 hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.
Hazırda 11,5 km uzunluğu olan kanalın qurğularla birgə 7 km hissəsinin tikintisi tamamlanıb və işlər davam edir.
Oxşar xəbərlər
"Türyançay" Sol Sahil kanalının bərpası bu ilin sonuna qədər yekunlaşacaq
Yengicə su anbarında tikinti işləri davam edir - FOTO
Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var”
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Media nümayəndələri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və tuneldə görülən işlərlə tanış olublar - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












