"Türyançay" Sol Sahil kanalının bərpası bu ilin sonuna qədər yekunlaşacaq
sizinxeber.az xəbər saytı

"Türyançay" Sol Sahil kanalının bərpası bu ilin sonuna qədər yekunlaşacaq


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Türyançay" Sol Sahil kanalının bərpasını bu ilin sonuna qədər yekunlaşdıracaq.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, hazırda survarma kanalının yenidən qurulmasının I mərhələsidir. Bərpa işlərinə ötən il başlanılıb. Artıq kanalın qurğularla birgə 7 km hissəsinin tikintisi tamamlanıb və işlər davam edir.

Ümumi uzunluğu 11,5 km olan kanal üzərində sudü­şürən, suburaxan, borulu keçid, səviyyəqaldıran, akveduk olmaqla ümumilikdə 48 hidrotexniki qurğu var.

Mənbəyini "Türyançay"dan götürən kanalın yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarının 11 335 hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.

Oxşar xəbərlər

Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var”
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Yengicə su anbarında tikinti işləri davam edir - FOTO
ATV kanalı 23 yaşını qeyd edir
Volqa-Xəzər kanalında yükboşaltma kanalı tikiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər