Prezidentin xüsusi nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurun bərpasına 10 milyard dollardan çox vəsait ayrılıb
Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa işlərinə indiyədək 18 milyard manata yaxın və ya 10 milyard dollardan çox vəsait ayırıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, bu vəsait müxtəlif infrastrukturun bərpası, dağ-mədən sənayesinin inkişafı və digər sahələr üzrə layihələrə yönəldilib.
E.Hüseynov işğaldan azad edilmiş ərazilərin bərpasında özəl sektorun mühüm rolunu da vurğulayıb.
“Biz hökumətlə birlikdə bu sahələrin bərpasında əsas amil olan özəl sektor və vətəndaş cəmiyyəti ilə çox sıx şəkildə əməkdaşlıq edirik”, - xüsusi nümayəndə əlavə edib.
Oxşar xəbərlər
Emin Hüseynov: Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında enerji səmərəliliyinə diqqət yetirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emin Hüseynov: Azad edilmiş ərazilərin bərpası üçün özəl sektorla əlaqələri genişləndirməliyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam şəhərində 5 məhəllənin salınması nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İşğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdırma işlərinə investisiyalar 53 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












