Latviya şirkəti: Azərbaycanın dəmiryol imkanlarını yüksək qiymətləndiririk
sizinxeber.az xəbər saytı

Latviya şirkəti: Azərbaycanın dəmiryol imkanlarını yüksək qiymətləndiririk


Latviyanın SİGİS şirkəti Mərkəzi Asiya və Cənubi Qafqazda dəmir yolu ilə təqdim etdiyi xidmətə əsaslanaraq Azərbaycanın potensialını yüksək qiymətləndirir.

Bunu "Sizinxeber.az"a açıqlamasında şirkətin beynəlxalq əlaqələr və marketinq departamentinin direktoru Alina Zizina bildirib.

"Biz Avropanın 20 ölkəsində, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazda vaqonların və konteynerlərin izlənməsi xidməti göstəririk. Müştərilərimiz bu xidmət vasitəsilə yüklərin hərəkətini izləyə bilirlər. Bu, onlara logistika prosesini daha da optimallaşdırmağa imkan verir və yük daşınmalarında şəffaflığı artırır. SİGİS Azərbaycanda dəmir yolu ilə yüklərin daşınmasında müştərilərinə geniş imkanlar təqdim edir və regional nəqliyyat sisteminin güclənməsində əhəmiyyətli rol oynayır.” - deyə Zizina vurğulayıb.

Oxşar xəbərlər

Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir
Qazaxıstan Prezidenti: "Mərkəzi Asiyada ticarət-nəqliyyat əməkdaşlığını genişləndirməyə tərəfdarıq"
KTMT: Qərb Cənubi Qafqazda təsirini artırmağa çalışır
Azərbaycanın nəqliyyat dəhlizlərində yük dövriyyəsi 2 %-dən çox artıb
Bakıdan İstanbula: BTQ birgə müəssisəsi türk dünyasının iqtisadi xəritəsini necə dəyişir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər