"DB Cargo Eurasia" Asiya və Avropanın arasında mühüm nəqliyyat marşrutu kimi Orta Dəhlizin inkişafını dəstəkləyəcək
Asiya, Avropa və MDB ölkələri arasındakı marşrutlarda aparıcı yük dəmiryolu operatoru olan "DB Cargo Eurasia", Orta Dəhlizin inkişafında əhəmiyyətli potensial görür və onun təşviqinə fəal şəkildə kömək etməyə hazırdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu "DB Cargo Eurasia" şirkətinin biznesin inkişafı şöbəsinin rəhbəri Yinqnan Yao Bakıda "Qara dəniz və Xəzərdə beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024"də bildirib.
"Şirkətimiz bu marşrutun inkişafını dəstəkləməyi nəzərdə tutur və yüksək keyfiyyət və etibarlılıq standartlarına riayət edən tərəfdaşlarla əməkdaşlıq edəcək", - deyə o qeyd edib.
Xatırladaq ki, Almaniyanın "Deutsche Bahn" konserninin törəmə şirkəti olan "DB Cargo Eurasia" 2022-ci ilin iyun ayından Xəzər və Qara dəniz vasitəsilə Çin və Avropa İttifaqını birləşdirən konteyner qatarlarını işə salıb. Marşrut Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçir, bundan sonra qatarlar "DB Cargo Romania" şirkətinə ötürülür. Daha sonra yük daşımaları Avropanın 18-dən çox ölkəsini əhatə edən "DB Cargo AG" şəbəkəsi üzrə davam edəcək.
2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə yaradılan Orta Dəhliz Çindən Avropaya Xəzər dənizi vasitəsilə marşrutları birləşdirir. 2023-cü ildə dəhliz üzrə yük daşımalarının həcmi 2,75 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.
Oxşar xəbərlər
COP29-da Orta Dəhlizin "yaşıllaşdırılması" təşəbbüsü təqdim ediləcək
"CFR Marfă": "Orta Dəhliz" bütün tərəflərə imkanlar, fürsətlər yaradır
Dünyanın aparıcı gəmiçilik şirkəti Azərbaycanda ofis aça bilər
MAERSK: Beynəlxalq loqistika operatorlarının diqqəti Orta Dəhlizə yönəlib
Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
