“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı”nın yaradılması ilə bağlı layihələr müzakirə edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında ölkə Prezidentinin 17 noyabr 2023-cü il tarixli fərmanının daha effektiv icrası ilə bağlı təkliflərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
"Sizinxeber.az" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun üzvlərinin, Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirak etdiyi iclasda fərmanda əks olunan məsələlər və bu kontekstdə qarşıda duran qısamüddətli və uzunmüddətli strateji hədəflər müəyyən edilib. Həmçinin, adıçəkilən fərmanın icrası ilə bağlı müvafiq normativ hüquqi aktlara edilməsi nəzərdə tutulan zəruri dəyişikliklər diqqətə çatdırılıb və bu mövzuda fikir mübadiləsi aparılıb. İclasın yekununda fərmanın vaxtında, keyfiyyətli, mahiyyəti üzrə tam icrasını təmin edəcək növbəti tədbirlər müəyyən olunub.
Oxşar xəbərlər
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri auditor seçir
Azərbaycanda “Biznesin yerləşdiyi yer" indikatoru üzrə yeni Yol Xəritəsi təqdim edilib
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşları qəbul edib
Azərbaycanda sənədsiz evlərlə bağlı normativ hüquqi akt qəbul ediləcək
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin gəlirləri və xərcləri artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












