Məhkəmədən Lənkəranda Xəzərə tullantı su axıdan qurumun 12 500 manat cərimələməsi istənilib
sizinxeber.az xəbər saytı

Məhkəmədən Lənkəranda Xəzərə tullantı su axıdan qurumun 12 500 manat cərimələməsi istənilib


Lənkəran şəhəri ərazisindən tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı daxil olmuş şikayət 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O qeyd edib ki, aparılan araşdırma və monitorinq zaman Lənkəran şəhərində formalaşan tullantı sularının təmizlənməsi üçün nəzərdə tutulan təmizləyici qurğunun istismara yararsız vəziyyətdə olması səbəbindən Lənkəran şəhərində formalaşan tullantı suları müxtəlif axarlar vasitəsi ilə Xəzər dənizinə axıdılması məlum olub.

Xidmət rəisinin sözlərinə görə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən analiz aparılması üçün dənizə tökülən axarlardan nümunələr götürülüb:

"Analizin nəticələrinə görə su nümunələrində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu məlum olub. Faktla bağlı akt və protokol tərtib edilərək Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquqi şəxs qismində 12500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib. Eyni zamanda, nöqsanların aradan qaldırılması üçün Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə xəbərdarlıq məktubu ünvanlanıb”.

Oxşar xəbərlər

Xəzərə tullantı su axıdan qurumun 12 min 500 manat cərimələnməsi üçün məhkəməyə müraciət edilib
Prezident İlham Əliyevdən Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı SƏRƏNCAM
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
Azərbaycanda ilk dəfə su-kanalizasiya sistemlərinə qoşulma üçün tariflər təsdiq edilib
“Xəzər Lənkəran”ın stadionu təmir edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər