Bakı metrosu: WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər
sizinxeber.az xəbər saytı

Bakı metrosu: WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər


Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.

Bu barədə "Sizinxeber.az"a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata əsasən, metroda ödəniş üçün "BakıKart", həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə həyata keçirilə bilər.

Qeyd edilib ki, Bakı metropolitenində NFC texnologiyasına əsaslanan ödəniş sisteminin tətbiqinə ötən ildən başlanılıb. Bu müddət ərzində ümumilikdə 31 milyon sərnişin NFC vasitəsilə ödəniş imkanından yararlanıb. Hazırda isə bu üsul metropolitendə həyata keçirilən bütün ödənişlərin təxminən 29 %-ni təşkil edir.

Yeniliyin tətbiqi "K-Group" MMC (BakıKart) şirkəti və banklarla əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyi məkana ən yaxın metro stansiyası "Koroğlu"dur. Metro hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti də mövcuddur.

Oxşar xəbərlər

AYNA: Bakıda metro və avtobuslarda onlayn ödəniş problemi aradan qaldırılıb
AYNA: “BakıKart” mobil tətbiqi bərpa olunacaq, vəsaitlər silinməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər