AYNA: Bakıda metro və avtobuslarda onlayn ödəniş problemi aradan qaldırılıb
sizinxeber.az xəbər saytı

AYNA: Bakıda metro və avtobuslarda onlayn ödəniş problemi aradan qaldırılıb


Bakıda metro və avtobuslarda onlayn ödəniş etməklə bağlı yaranan problem aradan qaldırılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu gün “K Group” MMC-nin operatoru olduğu sistemdə internet problemi səbəbindən metro və avtobuslarda saat 11:33-dən 12:15-dək onlayn ödəniş etmək mümkün olmayıb.

Bildirilir ki, hazırda problem aradan qaldırılıb, sərnişinlər ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər.

Xatırladaq ki, bu gün paytaxtda ictimai nəqliyyatda QR-kodla ödəniş sistemində texniki nasazlıq yaranıb. Sərnişinlər avtobuslarda bu üsulla ödəniş edə bilmirlər. Nasazlıq “Birbank” və “m10” tətbiqi üzərindən ödəniş edən istifadəçilərin ciddi çətinliklə üzləşməsinə səbəb olub. Onlar QR kod yaratmağa çalışdıqda sistem “Xəta baş verdi” mesajı ilə cavab verib.

Oxşar xəbərlər

AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
Günlərdir problem yaşayan "BakıKart"ın texniki nasazlığı niyə həll edilmir? - VİDEO
Avtobuslarda gediş haqqı düzgün hesablanmır? - VİDEO
Biləsuvarın bir hissəsində yaranan internet problemi aradan qaldırılıb
Ukraynada “Visa” və “Mastercard” ödəniş sistemlərinin işində nasazlıq yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər