Bakı metrosunun Xocasən və Dərnəgül depoları üzrə tenderlər keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakı metrosunun Xocasən və Dərnəgül depoları üzrə tenderlər keçiriləcək


"Bakı Metropoliteni" QSC Xocasən və Dərnəgül depoları üzrə tender prosesləri keçirəcək.

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Xocasən deposunun ikinci mərhələsi, eyni zamanda Dərnəgül deposunun üçüncü mərhələsi, üzrə işlər tam yekunlaşdırılacaq və tam istismara vermək üzrə tenderlər həyata keçiriləcək:

"Dərnəgül deposu ərazisindən keçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Abay Kunanbayev və Çinarlı Park yaşayış kompleksini birləşdirən avtomobil və piyada tunelinə gəlincə, hazırda ərazidə tikinti işləri davam edir. Dərnəgül deposunun ikinci mərhələsinin tamamlanması və qismən fəaliyyətə başlamasını həmin qeyd etdiyim sözügedən tikinti prosesinə görə gözləmə mərhələsindəyik. Həmin avtomobil və piyada tunelinin inşası tamamlandıqdan sonra Dərnəgül deposunun ikinci mərhələsi üzrə inşaat, tikinti-quraşdırma işləri yekunlaşacaq və depo qismən fəaliyyətə başlayacaq. Müvafiq aidiyyatı qurumlarla müzakirələr davam eləyir, tarix barədə məlumat veriləcək".

Oxşar xəbərlər

İman Quliyev: Dövlət proqramı çərçivəsində inşa edilən “Dərnəgül” elektrik deposu strateji obyektdir
"Dərnəgül” elektrik deposunda abadlıq və yaşıllaşdırma işləri aparılacaq
Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır
Bakı metrosunda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər planlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər