Azərbaycan və Pakistan dəmiryol sahəsində əməkdaşlıq imkanını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Pakistan dəmiryol sahəsində əməkdaşlıq imkanını müzakirə edib


“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbərliyi "Pakistan Dəmir Yolları"nın sədri Syed Məzhər Əli Şahla videoformatda görüş keçirib.

"Sizinxeber.az" bu barədə ADY-yə istinadən xəbər verir.

Görüşdə yükdaşıma həcmlərinin artırılması, limanların inteqrasiyası, ortaq investisiya layihələri, Şərq-Qərb bağlantısı üzrə Azərbaycan və Pakistandan keçən nəqliyyat marşrutları üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Tərəflər Cənubi Asiya–Qafqaz–Avropa marşrutu boyunca fərqli istiqamətlərin qarşılıqlı yük mübadiləsi üçün mümkün istifadəsini vurğulayıb, həmçinin Çin, Pakistan, Əfqanıstan və Türkmənistandan keçməklə Azərbaycan üzərindən qitələri birləşdirən multimodal nəqliyyat dəhlizinin inkişafına dəstək ifadə ediblər.

İkitərəfli münasibətlər baxımından pilot əməkdaşlıq layihələri, xüsusilə “Pakistan-Azərbaycan Ekspress” və Pakistan–İran–Azərbaycan pilot yükdaşıma layihələrinin inkişafı, Pakistanın Qvadar Limanının imkanlarından istifadə, Orta Dəhlizin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan və Pakistan arasında dəmir yolu sahəsində əməkdaşlıq müzakirə olunub
Nazir: "Pakistan dəmir yolları sahəsində Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırır" – EKSKLÜZİV
Səməd Bəşirli: "Azərbaycanda 3 300-dən çox aktiv Pakistan şirkəti var"
Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq müzakirə edilib
Trans-Əfqan dəmir yolunun TİƏ-sinin hazırlanmasına dair saziş imzalanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər