Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişafını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişafını müzakirə edib


Azərbaycan və Türkiyə arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı, bu dəhliz vasitəsilə yükdaşımaların artırılması, eləcə də Bakı Limanında əməkdaşlıq imkanlarını müzakirə edib.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr “Albayrak Holdinq”in İdarə heyətinin sədri Ahmet Albayrak ilə görüşdə baş tutub.

2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin artaraq 5,2 milyon tona çatacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrin ərazisindən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək.

2027-ci ilə qədər marşrutun ötürücülük qabiliyyəti ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün dayanıqlı baza yaradacaq.

Oxşar xəbərlər

Səfir: “Niderland şirkətlərinin Orta Dəhlizə maraqları artır”
Tacikistan Orta Dəhlizin inkişafında iştirakını gücləndirir
EBRD: Orta Dəhliz Azərbaycanın nəqliyyat sektoru üçün yeni perspektivlər açır
ADY: Orta Dəhliz ilə daşınan konteyner blok-qatarlarının sayı 30 dəfədən çox artıb
Murat Karimsakov: “Orta Dəhliz Avrasiya ticarətində əsas həlqəyə çevrilir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər