Azərbaycan “OPEC plus”un 39-cu iclasında təmsil olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan “OPEC plus”un 39-cu iclasında təmsil olunub


Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu iclasında gündəlik neft hasilatının 2026-cı ilin sonuna qədər sabit qalması ilə bağlı  qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Bu barədə "Report"a Azərbaycan Energetika Nazirliyindən bildirilib.

Azərbaycanın gündəlik 551 min barrel həcmində olan mövcud xam neft hasilatı kvotası bu dövrdə sabit saxlanılacaq.

İclasda, həmçinin OPEC katibliyinə 2027-ci il üçün “OPEC plus” ölkələri üzrə xam neft hasilatının baza səviyyəsinin müəyyənləşdirilməsi tapşırılıb.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasının cari ilin 30 noyabr tarixində keçirilməsi razılaşdırılıb.

Oxşar xəbərlər

“OPEC+” monitorinq komitəsi neft hasilatının həcmini dəyişməyi tövsiyə etməyib
Pərviz Şahbazov: "Azərbaycanın xam neft üzrə hasilat kvotası 2026-cı ilin sonunadək sabit qalacaq" - YENİLƏNİB
OPEC oktyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb
Azərbaycan apreldə OPEC kvotasından 82,6 % istifadə edib
OPEC+ ölkələri neft hasilatının könüllü azaldılmasını dekabra qədər uzadıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər