Azərbaycan apreldə OPEC kvotasından 82,6 % istifadə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan apreldə OPEC kvotasından 82,6 % istifadə edib


Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,1 min ton (566 min barel) təşkil edib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 61,6 min tonunu (gündəlik 455 min barel) neft, 13,5 min tonunu (gündəlik 111 min barel) kondensat təşkil edib.

Beləliklə, Azərbaycan apreldə OPEC kvotasından 82,6 % istifadə edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya görə, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 min 259 ton) təşkil edir.

Oxşar xəbərlər

Azərbaycan martda OPEC kvotasından 83,8 % istifadə edib
Azərbaycanda yanvarda gündəlik neft hasilatı 559 min barel təşkil edib
Azərbaycanda gündəlik neft hasilatı 569 min barel təşkil edib
IEA: Azərbaycan yanvarda “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb
IEA: Azərbaycan martda “OPEC+” kvotasından gündəlik 80 min barel geri qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle