Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib


Bu gün energetika naziri Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib. 

"Report" nazirliyə istinadən xəbər verir ki,  qəbulda vətəndaşların elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma, qaz təchizatı, elektrik və qaz xətlərinin çəkilişi, elektrik xətlərinin istismar vəziyyəti, keyfiyyət göstəriciləri, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat, təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı Ağstafa rayonu ilə yanaşı Gəncə, Mingəçevir şəhərləri, Goranboy və Tovuz rayonlarından olan 30-dan çox vətəndaş iştirak edib. 

Oxşar xəbərlər

Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edib
Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib
Energetika naziri Saatlıda vətəndaşları qəbul edib
Energetika naziri Tərtərdə vətəndaşları qəbul edib
Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər