Azərbaycan vasitəsilə tranzit edilən Qazaxıstan neftinin həcmi 3 milyon tona çatıb
sizinxeber.az xəbər saytı

Azərbaycan vasitəsilə tranzit edilən Qazaxıstan neftinin həcmi 3 milyon tona çatıb


Azərbaycan vasitəsilə tranzit edilən Qazaxıstan xam neftinin həcmi 3 milyon tona çatıb.

Bu barədə “Sizinxeber.az” “SOCAR Midstream Operations” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, 3 milyonuncu tonu daşıyan "Aktau" tankeri mayın 12-də Aktau limanından yola düşüb və mayın 13-də “Azərtrans Səngəçal” terminalına çatıb.

Xat"Tengiz" yatağından hasil edilən neftin ilk partiyası 23 mart 2023-cü ildə, "Kaşağan" neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Bakıya gətirilib. Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.

Oxşar xəbərlər

SOCAR Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin tranzitinə başlayır
Bu il BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton həcmində planlaşdırılır
Qazaxıstanın Energetika Nazirliyi 8 ay ərzində BTC ilə neft tranzitinin həcmini açıqlayıb
Səfir: "Qazaxıstan neftinin Bakı-Supsa ilə ötürülməsi tranzit şərtlərindən asılıdır"
BTC ilə I yarımildə 700 min tondan çox Qazaxıstan nefti daşınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle