“SOCAR Polymer” I rübdə ixrac gəlirlərini 5 %-ə yaxın artırıb
sizinxeber.az xəbər saytı

“SOCAR Polymer” I rübdə ixrac gəlirlərini 5 %-ə yaxın artırıb


Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 59 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 2,6 milyon ABŞ dolları və yaxud 4,6 % çoxdur.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb
SOCAR qeyri-neft ixracından gəlirini 13 % artırıb
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 3 %-dən çox artırıb
Azərbaycan qızıl ixracını 6 dəfəyə yaxın artırıb
Azərbaycan qızıl ixracından gəlirini 4 dəfəyə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər