Azərbaycan qızıl ixracından gəlirini 4 dəfəyə yaxın artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan qızıl ixracından gəlirini 4 dəfəyə yaxın artırıb


Bu ilin yanvar-mart aylarında Azərbaycan 65,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin 3 ayı ilə müqayisədə 46,7 milyon ABŞ dolları və yaxud 3,5 dəfə çoxdur.

Təkcə martda isə Azərbaycan 25 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

Azərbaycanın tomat ixracından gəliri 1 % azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan karbamid ixracından gəlirini 78 %-dən çox artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan qızıl ixracını 6 dəfəyə yaxın artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 3 %-dən çox artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL ixrac gəlirini 90 % artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər