“Kaşağan” yatağından gündəlik neft hasilatının 1 milyon barelə çatdırılması planlaşdırılır
Qazaxıstanın “Kaşağan” yatağından gündəlik neft hasilatının artım potensialı 1 milyon barelə qədərdir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “KMG Kashagan” şirkətinin kommersiya məsələləri üzrə baş direktorunun müavini Kuanış Keskinbayev Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya" neft ticari-nəqliyyat forumunda bildirib.
"Bu gün biz gündə 400-420 min barel neft hasil edirik. Yatağın potensialı bu həcmi bir milyon barelə qədər artırmağa imkan verir", - o qeyd edib.
K.Keskinbayev həmçinin xatırladıb ki, Qazaxıstan ildə təxminən 90 milyon ton neft hasil edir ki, bunun da 70 milyon tonu ixrac olunur.
"18 milyon ton ölkə daxilində emal olunur, təxminən 70 milyon ton isə əsasən Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə ixraca yönəldilir. Biz bu konsorsiuma xüsusi diqqət yetiririk, hazırda onun ötürücülük qabiliyyəti ildə 80 milyon tondur", - baş direktorun müavini əlavə edib.
Oxşar xəbərlər
EIA qlobal neft hasilatının artım proqnozunu azaldıb
ABŞ-də neft ehtiyatları həftə ərzində 4,65 milyon barel azalıb
Liviya neft hasilatını gündə 1,3 milyon barelə qədər artırıb
“Kaşaqan” yatağında neft hasilatı iki dəfədən çox artırıla bilər
OPEC+ ölkələri növbəti 25 ildə neft tədarükünü sutkada 62,9 milyon barelə çatdıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
