Liviya neft hasilatını gündə 1,3 milyon barelə qədər artırıb
sizinxeber.az xəbər saytı

Liviya neft hasilatını gündə 1,3 milyon barelə qədər artırıb


Liviyada neft hasilatı gündə 1,3 milyon barel səviyyəsinə çatıb.

“Report” xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası (National Oil Corporation, NOC) öz sosial şəbəkə səhifəsində məlumat verib.

Məlumata əsasən, son 24 saat ərzində 1 305 059 barel səviyyəsi qeydə alınıb və istehsal səviyyəsinin artırılması işləri davam edir.

Qeyd olunur ki, oktyabrın 10-da Liviyada neft hasilatı daxili fikir ayrılıqları səbəbindən istehsal və ixracın dayandırılmasından sonra gündə 1,2 milyon barel səviyyəsinə qayıdıb.

Xatırladaq ki, oktyabrın 3-də NOC ölkədə neft hasilatı və ixracının tam bərpa olunduğunu bəyan edib. Liviya adətən gündə təxminən 1,2 milyon barel hasil edirdi, lakin avqustda ölkənin şərq hissəsinin hakimiyyəti milli Mərkəzi Banka nəzarət uğrunda mübarizə çərçivəsində hasilatı və ixracı dayandırmışdı.

Oxşar xəbərlər

Liviya neft hasilatı və ixracını bərpa edir
IEA 2024-2025-ci illərdə qlobal neft hasilatı ilə bağlı proqnozunu saxlayıb
OPEC+ ölkələri növbəti 25 ildə neft tədarükünü sutkada 62,9 milyon barelə çatdıracaq
ABŞ-də neft ehtiyatları həftə ərzində 4,65 milyon barel azalıb
EIA 2024-cü il üçün Azərbaycanda neft hasilatı proqnozunu aşağı salıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle