Sebastian Burduja: “Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
apr
2025
14:30

Sebastian Burduja: “Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir”

04 apr, 2025
14:30
690

Sebastian Burduja: “Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir”

Rumıniya Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəhlizin Cənub-Şərqi Avropa və Balkanlar istiqamətində genişləndirilməsi region üçün etibarlı, proqnozlaşdırıla bilən və rəqabətədavamlı enerji təchizatını təmin etmək baxımından mühüm addımdır.

O qeyd edib ki, Bakıda keçirilən nazirlər görüşü ortaq məqsədi paylaşan tərəfdaşlar arasında dialoq, əməkdaşlıq və koordinasiyalı fəaliyyət üçün mühüm platformadır.

Bizimlə əlaqə saxlayın