SOCAR-ın yeni bölməsi qaz infrastrukturunun idarə edilməsini həyata keçirəcək
sizinxeber.az xəbər saytı

SOCAR-ın yeni bölməsi qaz infrastrukturunun idarə edilməsini həyata keçirəcək


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni bölməsi olan “SOCAR Midstream Gas Operations LLC” (SMGO) SOCAR-ın Azərbaycandakı və xaricdəki qaz anbarları və qaz kəmərləri də daxil olmaqla bütün qaz nəqli infrastrukturunun idarə edilməsi, nəzarəti və istismarına cavabdeh olacaq.

Bu barədə “Sizinxeber.az” SMGO-nun məlumatına istinadən xəbər verir.

"SMGO SOCAR-ın yeni yaradılmış və qaz nəqli ilə bağlı bütün əməliyyatların idarə edilməsinə görə məsul olan bölməsidir. Şirkət Azərbaycan və Gürcüstan ərazisində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki və kommersiya operatorudur, həmçinin SOCAR-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) və SCP layihələrində maraqlarını təmsil edir", - məlumatda bildirilib.

Şirkətin məlumatına görə, SMGO-nun “SOCAR Midstream Operations” (SMO) şirkətindən ayrılması hər iki təşkilatın müstəqil fəaliyyət göstərməsinə və diqqəti öz strateji hədəflərinə cəmləşdirməsinə imkan yaradıb.

"Bu, hər iki şirkətin gələcək inkişafı üçün möhkəm təməl yaradır. Eyni zamanda, SOCAR-ın əməliyyat modelinə uyğun olaraq, SMGO-nun səlahiyyətləri genişləndirilərək Azərbaycanda və xaricdə SOCAR-ın qaz kəmərləri və qaz anbarları da daxil olmaqla bütün qaz nəqli infrastrukturunun idarə edilməsi, nəzarəti və istismarını əhatə edəcək", - məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirmişdi ki, SMGO-nun SMO-dan ayrılması nəticəsində “SOCAR Midstream Operations” şirkətinin nizamnamə kapitalı 59,5 milyon manatdan 1000 manata qədər azaldılıb, onun hüquq və öhdəlikləri isə bölünmə balansına uyğun olaraq SMGO-ya ötürülüb.

“SOCAR Midstream Operations” 2015-ci ilin əvvəlində yaradılıb.

Oxşar xəbərlər

SOCAR-ın payçı olduğu şirkətinin İdarə Heyətinə yeni rəhbər təyin edilib
SOCAR Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin tranzitinə başlayır
Rövşən Nəcəf “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclasında iştirak edib
SOCAR “Qazpromneft” ilə müzakirələr aparır
“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle