Bakı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq
sizinxeber.az xəbər saytı

Bakı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq


Bu gün Bakının Suraxanı rayonu, Cəlilabad və Lənkəran şəhərinin bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə “Report”a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Zığ qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar dekabrın 27-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bundan başqa, Cənub RETSİ-yə daxil olan bir sıra rayonlarda təmir işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Cəlilabad Elektrik Şəbəkəsində (EŞ) Göytəpə şəhər inzibati ərazi dairəsi, Muğan, Ağdaş, Privolnoye, Komanlı kəndləri, saat 10:00-dan saat 11:00-dək Lənkəran Elektrik Şəbəkəsində 1-ci və 2-ci mikrorayonlarda, Kiçik bazar, Raypo, Səttərxan, Azad Mirzəyev, Hənifə Abdullayev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Bu gün Buzovna, Binə və Xırdalanda 6 saat işıq olmayacaq
Binə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Bakının üç rayonunda işıq olmayacaq
Bu gün Şağan qəsəbəsində işıq olmayacaq
Bakının Binə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər