Sadiq Qurbanov: “Aqrar sahədə emissiyaların idarə olunması böyük problemlərdən biridir”
sizinxeber.az xəbər saytı

Sadiq Qurbanov: “Aqrar sahədə emissiyaların idarə olunması böyük problemlərdən biridir”


Aqrar sahədə emissiyaların idarə olunması böyük problemlərdən biridir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün rəhbərlik etdiyi komitənin iclasında bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatında bu məsələlərə diqqət yetirilməlidir: “Biz Kənd Təsərrüfatı Nazirliyi və Milli Məclisin Aqrar siyasət komitəsi ilə birlikdə tədbirlər keçirməyi planlaşdırırıq. Bu mövzuda müzakirələr aparmaq və təkliflər irəli sürmək vacibdir”.

O qeyd edib ki, ekoloji tarazlığın qorunması təhsildən başlayır: “Odur ki, bununla bağlı Elm və Təhsil Nazirliyi və ADA Universiteti ilə tədbir keçirməyi planlaşdırırıq. Fövqəladə halların ekosistemə təsiri ilə bağlı dəyirmi masa keçirəcəyik. Bu tədbirin Fövqəladə Hallar Nazirliyi ilə birlikdə fevralda keçirilməsi planlaşdırılır”.

S.Qurbanov deyib ki, Mədəniyyət Nazirliyi ilə birlikdə “Ekoloji mədəniyyətin rolu” mövzusunda tədbir keçiriləcək: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ekoloji vəziyyəti ilə bağlı dəyirmi masa da keçirəcəyik”.

Oxşar xəbərlər

Komitə sədri: “Enerji səmərəliliyi dünyanın ən böyük problemlərindən biridir”
Sadiq Qurbanov: "500 sahibkar nazirliyə yaşıllıqlarla bağlı müraciət edib"
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI
FAO iki Azərbaycan universiteti ilə Anlaşma Memorandumu imzalayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər