Tamam Bayatlı: "Şahdəniz" platformasında hasilat əvvəlki səviyyəyə qayıdıb”
“Shah Deniz Alpha” platformasında qaz hasilatı və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ixrac əməliyyatları əvvəlki səviyyəyə qayıdıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.
“Bu, tamamilə yeni kompressor platforması olacaq və “Şahdəniz” yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub”, - T. Bayatlı bildirib.
O həmçinin qeyd edib ki, “Shah Deniz Alpha” platformasında qaz hasilatı və ixrac üzrə bütün əməliyyatlar əvvəlki rejimdə davam etdirilir: “Hazırda hasilat həcmləri sualtı kondensat kəmərində yaranmış texniki problemdən əvvəlki səviyyəyə tam bərpa olunub”.
Oxşar xəbərlər
Tamam Bayatlı: "Şahdəniz" platformasından hasilat əvvəlki səviyyəyə qayıdıb”
"Şahdəniz"də “Alfa” platformasının işi tam bərpa olunub
BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa edib
"Şahdəniz"də yeni platforma tikiləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
