Çexiya tam şəkildə Qərb neftinin tədarükünə keçəcək
sizinxeber.az xəbər saytı

Çexiya tam şəkildə Qərb neftinin tədarükünə keçəcək


Çexiya TAL və IKL boru kəmərləri vasitəsilə Qərb marşrutu ilə neft tədarükünə tam şəkildə keçməyə hazırdır, İtaliyanın TAL neft kəmərinin genişləndirilməsi üçün texnoloji modifikasiyalar başa çatıb.

“Report” Çexiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Petr Fiala jurnalistlərə açıqlamasında deyib.

"TAL boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üzrə işlər tamamlanıb. Bu, respublikanı ildə əlavə 4 milyon ton neftlə təmin etməyə imkan verəcək, yəni Çexiya ildə 8 milyon tona yaxın neft idxal edə biləcək ki, bu da ölkədəki bütün istehlakı qarşılayacaq. Biz artıq Rusiyadan neft tədarükündən asılı deyilik", - o bildirib.

Çexiya ildə 8 milyon tona yaxın neft istehlak edir ki, bunun da təxminən yarısı hazırda Rusiyanın "Drujba" neft kəməri ilə Ukrayna ərazisindən, qalan hissəsi isə İtaliyanın Triest liman şəhərindən keçən TAL neft kəmərinə qoşulmuş IKL neft kəməri (İnqolştadt, Almaniya) ilə nəql edilir.

Qeyd edək ki, TAL boru kəmərinin genişləndirilməsi təxminən 1,5 milyard krona (təxminən 62,5 milyon dollar) başa gəlib və bütün xərcləri Çexiyanın neft kəmərlərinin operatoru olan MERO şirkəti öz üzərinə götürüb.

Oxşar xəbərlər

Çexiya gələn ilin iyulundan Rusiyadan neft almağı dayandırmağı planlaşdırır
Bu il Azərbaycan 18 milyon tona yaxın neft-kondensat ixrac edib
CPC bu il 53 milyon ton neft ixrac edib
Bu il Azərbaycan 22 milyon tondan çox neft-kondensat ixrac edib
Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlinin həcmini artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər