Çexiya gələn ilin iyulundan Rusiyadan neft almağı dayandırmağı planlaşdırır
Çexiya 2025-ci ilin iyul ayından etibarən Rusiyadan neft almağı dayandırmağı planlaşdırır.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın neft kəmərlərinin operatoru olan MERO dövlət şirkətinin nümayəndəsi Zdenek Dundr “Reuters” agentliyinə bildirib.
“Çexiya gələn ilin ikinci rübündə Qərb ölkələrindən neft tədarükünü artırmağa başlayacağına və iyul ayından etibarən Rusiyadan neft almağı tamamilə dayandıracağına ümid edir”, - o deyib.
Z.Dundrun sözlərinə görə, Rusiya neftinin alışının dayandırılması Trans-Alp Boru Kəmərinin (TAL) ötürücülük qabiliyyətinin artırılması üzrə işlər başa çatdıqdan sonra baş verəcək. Agentliyin məlumatına görə, Çexiya 2022-ci ilin fevralından sonra neftin tədarükü mənbələrini və marşrutlarını aktiv şəkildə diversifikasiya edir. Hazırda ölkə istehlak olunan neftin ümumi həcminin təxminən yarısını Rusiyadan alır.
Oxşar xəbərlər
KİV: ABŞ strateji ehtiyat üçün 6 milyon barrel neft almağı planlaşdırır
Yaponiya Rusiya ilə ticarəti maksimum azaldıb
Çexiya gələn il Rusiya neftindən asılı olmaqdan qurtulacaq
Rusiyadan Gürcüstana təbii qaz tədarükü tarixi rekorda çatıb
Slovakiyalı nazir AK-nın neft tranziti məsələsinin həllində fəaliyyətsizliyini qeyd edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
