Qara dənizdə daha bir tanker fəlakət siqnalı verib
sizinxeber.az xəbər saytı

Qara dənizdə daha bir tanker fəlakət siqnalı verib


Qara dənizdə "Qafqaz" limanı yaxınlığında mazut daşıyan üçüncü tanker fəlakət siqnalı verib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri regionun fövqəladə xidmətlərinə istinadən məlumat yayıb.

"Mazut daşıyan "Volqoneft-109" tankeri göyərtəsində çatın əmələ gəlməsi səbəbindən Qara dənizdəki "Qafqaz" limanı ərazisində fəlakət siqnalı verib", - məlumatda qeyd olunur.

Bildirilir ki, fəlakət siqnalı verən gəminin korpusunun hermetikliyi pozulmayıb, dənizə sızıntı olmayıb. Heyət təhlükədə deyil.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında Rusiyaya məxsus iki tanker - "Volqoneft 212" və "Volqoneft 239" qəzaya uğrayıb. Fırtına zamanı zədələnən "Volqoneft 212" gəmisi saya oturub, "Volqoneft 239" isə dreyf edib. Hər iki tankerin göyərtəsində ümumilikdə 27 nəfər olub, onlardan 26-sı xilas edilib, bir nəfər isə ölüb.

Oxşar xəbərlər

İki tankerin qəzaya uğraması nəticəsində Qara dənizdə neft sızması baş verib – YENİLƏNİB
Rusiyanın Qara dənizdə iki tankeri qəzalı vəziyyət düşüb - YENİLƏNİB-1
Kerç boğazında tanker batır
Rusiyanın Qara dənizdə iki tankeri qəzalı vəziyyət düşüb, ölən var- YENİLƏNİB-2 - VİDEO
Rusiyanın Qara dənizdə iki tankeri qəzalı vəziyyətə düşüb, ölən var- YENİLƏNİB-2 - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər