KİV: Avropa yeni enerji böhranı ilə üzləşib
ABŞ-ın Rusiyanın “Qazprombank”a qarşı sanksiya tətbiq etməsindən sonra azalan qaz tədarükləri, soyuq hava və mümkün təchizat məhdudiyyətləri fonunda Avropa yeni enerji böhranı ilə üzləşib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg”in dərc etdiyi məqalədə vurğulanıb.
Qeyd olunub ki, Ukrayna münaqişəsində gərginliyin artması ilə bu il mayeləşdirilmiş təbii qazın (LNG) qiymətləri 45% artıb. Soyuq hava enerji mənbəyinə tələbatı artırdığı üçün onun Avropadakı ehtiyatları sürətlə tükənir.
“Sürətlə tükənən qaz ehtiyatları və Moskvadan tədarükün gözlənilən kəsilməsi Avropada yeni enerji böhranı üçün zəmin yaradır. Vəziyyət daha da pisləşmək üzrədir, çünki 2024-cü ildə tədarükün artırılmasına kömək edən qaz tədarükləri gələn il mümkün olmayacaq və qiymətlərə əlavə təzyiq olunacaq”, - məqalədə vurğulanıb.
Agentlik böhrana səbəb ola biləcək amillərdən biri kimi Amerikanın “Qazprombank”a qarşı sanksiyalarını qeyd edib. Qeyd olunub ki, Rusiya qazının tədarükü onun Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti bitənə qədər dayandırıla bilər. Odur ki, gələn yay Avropada qazın qiymətləri qışa nisbətən daha yüksək olacaq.
Qeyd edək ki, noyabrın 21-də ABŞ “Qazprombank”a və onun 6 xarici törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Rusiya Federasiyası prezidenti Vladimir Putinin müvafiq sərəncamına əsasən, bu bank vasitəsilə Aİ ölkələrinə və Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmiş digər dövlətlərə Rusiya qazının tədarükü üçün rublla ödəniş sxemi təşkil edilib.
Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti ilə bağlı saziş 2019-cu ildə bağlanıb və 2024-cü ilin sonunda başa çatır. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar sazişin müddətini uzatmağı planlaşdırmırlar.
Oxşar xəbərlər
Macarıstan XİN: ABŞ-ın “Qazprombank”a qarşı sanksiyaları Budapeştə qaz nəqlinə mane olmayacaq
“Bloomberg”: Ukraynanı 400 minə yaxın insan tərk edəcək
Blinken: “ABŞ Avstriya və digər Avropa ölkələrin Rusiyanın enerji resurslarından imtinasın kömək edəcək”
BMT: Cənubi Sudan əhalisinin yarıdan çoxu böhran səviyyəli aclıqla üzləşir
Avropa Komissiyasının rəhbəri: Avropada enerji daşıyıcılarının qiyməti həddindən artıq yüksəkdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













