Azərbaycan neftinin qiyməti 78 dollara yaxınlaşır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
okt
2024
11:30

Azərbaycan neftinin qiyməti 78 dollara yaxınlaşır

02 okt, 2024
11:30
673

Azərbaycan neftinin qiyməti 78 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,5 ABŞ dolları, yaxud 3,33 % artaraq 77,69 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 73,56 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Bizimlə əlaqə saxlayın