Nigar Arpadarai: “Yaşıl kapital"ın qlobal axını təmin edilməlidir"
"Yaşıl enerji" layihələrini və davamlı inkişafı dəstəkləmək üçün qlobal maliyyələşdirmə axını vacibdir.
"Report" xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 3-cü günündə bildirib.
"Bu cür layihələrin həyata keçirilməsi üçün milyardlarla dollar tələb olunur və hər bir ölkənin, xüsusilə də iqlim dəyişikliyinə həssas olan regionların bu vəsaitlərə çıxışının olması vacibdir. İqlim dəyişikliyi ilə mübarizədə uğurun əsas elementlərindən biri əlçatan maliyyələşdirmə, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlıqdır," - deyə N.Arpadarai qeyd edib.
O, həmçinin vurğulayıb ki, "yaşıl iqtisadiyyat"a keçid təkcə texnoloji dəyişikliklərlə deyil, həm də insan kapitalının inkişafı ilə müşayiət olunmalıdır.
Onun sözlərinə görə, davamlı ekoloji inkişaf və "yaşıl" nəqliyyat üçün zəruri bilik və bacarıqlara malik mütəxəssislər tələb olunur: "Təlim və ixtisasartırmaya sərmayə qoymaq lazımdır. Hökumətlərin və təhsil müəssisələrinin "yaşıl iqtisadiyyat"a keçid şəraitində həm bugünkü, həm də gələcək nəslin ehtiyaclarını ödəyə biləcək kadrların hazırlanmasında əməkdaşlıq etməsi vacibdir. Qlobal cəmiyyətimizin gələcəkdə təkcə yaşamasını deyil, həm də inkişafını təmin etmək üçün bütün dünyada sahibkarları bu istiqamətə yönəltmək vacibdir," - deyə N.Arpadarai bəyan etdi.
Oxşar xəbərlər
Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 istiqamətində mühüm addımdır
İqtisadiyyat naziri: "Yaşıl iqtisadiyyat”ın inkişafı zəruri olub"
Mikayıl Cabbarov: "Enerji keçidi prosesində mühüm təşəbbüslərimiz var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
