Qanada Afrikanın ən böyük neft emalı kompleksi tikiləcək
sizinxeber.az xəbər saytı

Qanada Afrikanın ən böyük neft emalı kompleksi tikiləcək


Qana hökuməti Afrikanın ən böyük neft emalı kompleksinin tikintisi üçün “Petroleum Hub” layihəsinə start verib.

“Report” xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.

“Dəyəri 60 milyard ABŞ dolları olan kompleksə 3 neft emalı zavodu, 5 neft-kimya zavodu və 10 milyon ton tutumlu neft anbarı daxildir. Layihənin istehsal gücü gündəlik 900 min barel neft emalıdır. Qazın mayeləşdirilməsi üzrə zavodun yaradılması da nəzərdə tutulub. Bütün növ müasir neft tankerlərini qəbul edə biləcək liman da tikiləcək”, - məlumatda vurğulanıb.

Qeyd olunur ki, plana əsasən, kompleksin tikintisinə bu ilin sentyabrında ölkənin cənub-qərbində yerləşən Comoro bölgəsində başlanılacaq və layihə 2036-cı ilə qədər tam başa çatdırılacaq.

Məlumata görə, işlərin üç mərhələdə aparılması, onların hər biri çərçivəsində bir neft emalı zavodunun tikintisi nəzərdə tutulub. Avqustun 19-da başlanan birinci mərhələnin büdcəsi 12 milyard ABŞ dolları təşkil edib.

Layihənin birinci mərhələsi Qana, Hindistan və Çin şirkətlərinin daxil olduğu TCP-UIC konsorsiumu tərəfindən həyata keçirilir.

Oxşar xəbərlər

Qazaxıstan və Konqo neft-qaz sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
Neft bahalaşıb
Afrikanın ən varlı adamı son bir ildə 3,6 milyard dollar itirib
Neft qiymətlərinin ARDNF-nin aktivlərinə təsiri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər