Gəncənin bir hissəsində qazın verilişi dayandırılıb
sizinxeber.az xəbər saytı

Gəncənin bir hissəsində qazın verilişi dayandırılıb


Gəncə şəhərinin bir hissəsində qazın verilişi dayandırılıb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, saat 10:00-dan qazın təchizatında fasilə yaranıb.

Gəncə Regional Qaz İstismar İdarəsindən bildirilib ki, kipliyə sınaq və digər təmir-bərpa işləri ilə əlaqədar olaraq 2-ci şəhər xəttində (şəhərin bir hissəsi) qaz təminatı dayandırılıb.

Qeyd edək ki, görülən işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər