Azərbaycan neftinin qiyməti dəyişməyib
sizinxeber.az xəbər saytı

Azərbaycan neftinin qiyməti dəyişməyib


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti ötən günlə müqayisədə dəyişməyərək 82,84 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 79,27 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti cüzi artıb
Azərbaycan neftinin qiyməti 4 %-ə yaxın artıb
Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər